“Xosrov və Şirin” teleserialının çəkilişləri başa çatıb - Fotolar

“Xosrov və Şirin” teleserialının çəkilişləri başa çatıb - Fotolar
1 sentyabr 2021
# 10:30

“Xosrov və Şirin” bədii teleserialının çəkilişləri başa çatıb.

Kulis.azın verdiyi xəbərə görə, Mədəniyyət Nazirliyi dəstəyi ilə "Azərbaycanfilm” Kinostudiyası və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə istehsalı olan seiral 12 bölümdən ibarətdir.

Ekran işi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilib.

Xatırladaq ki, şairin məlum poemasındakı klassik süjeti saxlamaq şərti ilə onu modernləşdirən serialın rejissorları Xəyyam Abdullazadə və Elməddin Əliyevdir.

Ssenarini Xəyyam Abdullazadə və İlqar Fəhmi yazıb.

Baş rolları Rüstəm Cəbrayılov və Kəmalə Piriyeva ifa edir.

Serial bu ilin sonuna qədər efirə veriləcək.

May be an image of 1 person and standing

May be an image of 1 person, standing and outdoors

May be an image of 2 people, beard and indoor

May be an image of 2 people and people standing

May be an image of 3 people, beard, people sitting, people standing and indoor

May be an image of 2 people, beard, people sitting, people standing, wrist watch and indoor

May be an image of 2 people, people standing and indoor

May be an image of 2 people, beard, people sitting and indoor

# 2100 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #