Məşhur rus tərcüməçisi Sergey Xorjiy vəfat edib.
Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, İrland yazıçısı Ceyms Coysun əsərlərini rus dilinə tərcümə edən filosof, ilahiyyatçı, alim və tərcüməçi Sergey Xorujiy 78 yaşında dünyasını dəyişib.
Sergey Xorujiy “Uliss” romanından əvvəl Coysun “Epifaniya”, “Stivenin qəhrəmanı”, “Rəssamın cavanlıq portreti” və “Dublinlər” kitablarının da tərcüməsi ilə məşğul olub.