“Mozalan” studiyası yeni filmin çəkilişlərinə start verdi.
Kulis.az xəbər verir ki, bu barədə tanınmış aktyor Azər Aydəmir sosial şəbəkədəki hesabında məlumat paylaşıb. O qeyd edib ki, “Əlvida, Şmidt” filminin yaradıcıları, ssenari müəllifi Rüstəm. S Babazadə quruluşçu rejissor, həmçinin “Mozalan” studiyasının direktoru Əli-Səttar Quliyev yeni bir layihə ərsəyə gətirmək qərarına gəlib.
Komediya janrında olan “Olimpiya” adlanacaq tam metrajlı bədii filmin hazırlıq və məşq proseslərinə start verilib.
Azər Aydəmir onu da vurğulayıb ki, filmin əsas aktyor heyətində çoxdan ekranlarda görünməyən sənətkarlar da yer alıb.