“Karlson” tamaşası onlayn nümayiş ediləcək

“Karlson” tamaşası onlayn nümayiş ediləcək
12 noyabr 2020
# 18:55

Noyabrın 13-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı rusdilli tamaşaçılar üçün “Karlson” tamaşasın; onlayn nümayiş etdirəcək.

Kulis.az xəbər verir ki, gürcüstanlı kukla rejissoru Yelene Mastxonaşvilinin quruluşunda özünün mükəmməl sənət məzmununu tapan tamaşanın quruluşçu rəssamı Vaxtanq Koridze, bəstəkarı Şalva Masxonaşvilidir.

Astrid Lindqrenin öz mükəmməlliyini illərdir ki, saxlayan “Karlson”u damda yaşayan sehrli balacaboyun unikal hekayəsi hamımıza tanışdır.

Özünə dost axtaran, təklikdən darıxan balaca oğlanın yaxın dostuna çevrilən, onunla səmimi, mehriban ünsiyyət quran mürəbbəsevən Karlsonun kuklaçıların səhnəsindən keçən yolu da maraqlıdır.

Birhissəli uşaq tamaşasında canlı plan oyunu, fərdi nəqletmə forması yaxşı tapıntılardandır.

Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalında, saat 12:00-da yayımlanacaq.

# 1900 dəfə oxunub

Müəllifin son yazıları

# # #