"O qədər canlı ifa etmişəm ki, fonoqram oxumağa utanıram".
Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər "Xəzər axşamı" verilişində deyib.
Xərçəngdən əziyyət çəkən sənətçi hazırda ağciyərlərində problem yarandığını bildirib:
"Bir ay əvvəl Türkiyədə idim. Müalicəm davam edir. Üç aydan bir gedirəm. Müalicələr ağciyərlərimə bir az problem yaradıb. O qədər canlı ifa etmişəm ki, fonoqram oxumağa utanıram".