"Kapitan Marvel 2"nin rejissoru bəlli oldu

"Kapitan Marvel 2"nin rejissoru bəlli oldu
7 avqust 2020
# 10:43

Amerika istehsalı olan “Kapitan Mervel” 2 filminin rejissoru məlum oldu.

Kulis.az xəbər verir ki, dünya miqyasında 1 miyard 128 milyon gəlir əldə edərək 2019-cu ilin ən uğurlu filmlərindən biri hesab olunan “Kapitan Mervel” filiminin davamı üçün hazırlıqlar artıq başlayıb.

Aktrisa Bri Larsonun canlandırdığı Kapitan Marvel obrazının növbəti hissədə lider olacağı, yoxsa mənfi xarakterə çevriləcəyi barədə müzakirələr hələ ki, davam edir.

“Kapitan Marvel 2” filminin ssenari müəllifi Meqan McDonell, rejissoru isə Nia Da Costa olacağı xəbər verilir.

# 1687 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #