Rəvan Cavidin kitabı Türkiyədə nəşr olundu

Rəvan Cavidin kitabı Türkiyədə nəşr olundu
22 iyul 2020
# 18:09

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində “Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası” üzrə istedadlı gənc şair və yazıçılarımızın Türkiyədə tanıdılması işi davam etdirilir.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, layihə üzrə yazar Rəvan Cavidin “Absurd menyu” adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi esselər toplusu Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.

Gallery

# 2084 dəfə oxunub

Müəllifin son yazıları

# # #