"Emmy" mükafatının qalibləri bəlli olub - Siyahı

"Emmy" mükafatının qalibləri bəlli olub - Siyahı
20 sentyabr 2021
# 13:49

Beynəlxalq “Emmy” mükafatının qalibləri bəlli olub.

Kulis.az TASS-a istinadən xəbər verir ki, laureatların adları CBS (Los-Anceles) kanalı vasitəsiylə açıqlanıb.

Ən yaxşı dramatik serial nominasiyasının qalibi “Tac” (“The Crown”) serialı olub. Ən yaxşı komediya serialı nominasiyasının qalibi “Teda Lasso”, ən yaxşı mini-serial nominasiyasının qalibi isə “Kraliçanın gedişi” serialı olub.

Aktyor nominasiyaları

Aktyorlar Cin Smart və Ceyson Sudeykis “Teda Lasso” komediya seriallında oynadıqları baş obrazlara görə “Emmy” mükafatına layiq görülüblər.

“Tac” serialında rol almış Oliviya Kolman və Coş Okonnor dramatik filmdəki ən yaxşı baş obraz nominasiyası üzrə qalib seçiliblər.

Aktrisa Keyt Uinslet mini-serialdakı çıxışına görə ən yaxşı aktrisa nominasiyasının qalibi olub.

# 1924 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #