“Dədəmin qəbrini ziyarət etməyə tələsirəm” – Aşıq Şəmşirin oğlu Kəlbəcərdən danışır

“Dədəmin qəbrini ziyarət etməyə tələsirəm” – Aşıq Şəmşirin oğlu Kəlbəcərdən danışır
17 noyabr 2020
# 13:45

“Özümü çox yaxşı hiss edirəm, əhval-ruhiyyəm də yüksəkdir. Çünki möhtərəm Prezidentimiz İlham Əliyevin başçılığı ilə Vətən Savaşında parlaq qələbələr qazanmışıq.”

Bu sözləri moderator.az-a açıqlamasında tanınmış ağsaqqal, Aşıq Şəmşirin oğlu, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctmai Birliyinin sədri Qənbər Şəmşiroğlu söyləyib. O daha sonra əlavə edib:

“Allaha şükürlər olsun ki, Ulu Öndərimiz Heydər Əliyevin müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirən Ali Baş Komandanımız İlham Əliyevin və qüdrətli Azərbaycan ordusunun sayəsində Qarabağımızda, milli konservatoriya mərkəzimiz olan Şuşa qalasında üçrəngli bayrağımız dalğalanır. Soydaşlarımızın uzun illər davam edən yurd nisigilinə, Vətən həsrətinə son qoyulur. Bu münasibətlə xalqımızı təbrik edirəm, hər kəsə ağsaqqal xeyir-dualarımı çatdırıram. Yaşımın bu çağında doğma Kəlbəcərimizə qovuşmağa, dədəmin məzarını ziyarət etməyə tələsirəm.”

# 1784 dəfə oxunub

Müəllifin son yazıları

# # #