“Azərbaycan” jurnalının yeni sayı çap olundu

“Azərbaycan” jurnalının yeni sayı çap olundu
3 mart 2021
# 18:01

“Azərbaycan” jurnalının ikinci nömrəsi çapdan çıxıb.

Kulisa.az xəbər verir ki, bu nömrədə dramaturq Əli Əmirlinin yeni “Pərdəsiz” pyesi, Natiq Məmmədlinin “Ən gözəl günah” romanının birinci nömrədən sonrakı bölümü təqdim olunur.

“Nəsr” rubrikasında Vidadi Babanlının “Sabaha ismarıc” povesti, Əjdər Olun “Dəhşətli hadisə” hekayəsi yer alıb.

“Poeziya” bölməsində istedadlı şairlər Əlizadə Nurinin şeirləri, Əlirza Xələflinin “Dönməzlik yolu” yaddaş – poeması, Zərəngiz Dəmirçi Qayalının, Ətraf Sərrafın, Tamella Pərvinin poeziya nümunələri və gənc şair Tural Turanın poetik axtarışları təqdim olunur.

“Ədəbi talelər”də Günel Natiqin tərcüməsində Karlos Kastaneda, “Ədəbiyyatşünaslıq” rubrikasında Güldəniz Qocayevanın Məhəmməd Hadi irsinə həsr etdiyi “Qalan mənadır ancaq” yazısı, Səadət Vahabovanın isə Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığına müraciəti ilə tanış olmaq olar.

“Kitab rəfi” rubrikasında Vüsal Nurunun təqdimatında Kamal Abdullanın 7 cildliyi, Firuz Mustafanın “Cənnət çiçəyi”, Zabil Pərvizin şeirlərinin toplandığı “Yaşıl simfoniya”, Məmməd Orucun Sergey Kozlovdan tərcümə etdiyi “Döngə”, Nadejda İsmayılova, Esmira Fuad, Məlahət Qədirovanın yeni kitabları haqqında məlumatla tanış olacaqsınız.

# 1888 dəfə oxunub

Müəllifin son yazıları

# # #