Oskarın təqdimatı eyni anda bir neçə yerdə keçiriləcək

Oskarın təqdimatı eyni anda bir neçə yerdə keçiriləcək
11 fevral 2021
# 17:51

Karonavirus səbəbilə iki ay təxirə salınan 93-cü Oskar mükfatlarının təqdimat mərasimi Los Ancelesdəki Dolbi Teatrı və bir çox fərqli yerlərdə eyni anda keçiriləcək.

Kulis.az xəbər verir ki, Akademiyadan verilən məlumata görə, koronavirusa qarşı tədbir səbəbilə bu ilki Oskar mükafatları mərasimi aprelin 25-də birdən çox yerdə canlı yayımlanacaq. Açıqlamada həmçinin bütün iştirakçıların sağlamlığına diqqət eədərk tayı-bərabəri olmayan bir Oskar mərasimi təqdim etməkdə Akademiyanın qərarlı olduğu bildirilib. Mərasimin hələki keçiriləcəyi digər salonların sayı və yeri, o cümlədən mərasimə kimlərin qatılacağı haqqında məlumat verilməyib.

# 1772 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #