“Natəvan” operası nümayiş olunacaq

“Natəvan” operası nümayiş olunacaq
15 aprel 2023
# 11:30

Bu gün Azərbaycan Dövlət Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun “Natəvan” operası nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, teatrdan verilən məlumata görə, saat 19:00-da nümayiş olunacaq səhnə əsərində rolları Xalq artisti Samir Cəfərov, teatrın solistləri Selcan Nəsibli, Taleh Yahyayev, Mahir Tağızadə, Cahangir Qurbanov, Tural Ağasıyev, Fəhmin Əhmədli, Atəş Qarayev və başqaları ifa edəcəklər.

Dirijoru Xalq artisti Yalçın Adıgözəlov olan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Səfərovdur.

Operanın xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Biletləri teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.

# 1153 dəfə oxunub

Müəllifin son yazıları

# # #