Enrike İqlesias karyerasını bitirir

Enrike İqlesias karyerasını bitirir
24 noyabr 2023
# 10:30

Məşhur ispaniyalı müğənni Enrike İqlesias təqaüdə çıxacağını açıqlayıb.

Kulis.az xəbər verir ki, "Final vol. 2" adlı albomu tezliklə işıq üzü görəcək ifaçı daha albom çıxarmayacağını deyib.

"Bir neçə ildir ki, "Final vol.2"nin üzərində işləyirəm. Mənim üçün bu, sondur".

Qeyd edək ki, Enrike İqlesias karyerasına 1990-cı illərin ortalarında başlayıb və onilliyin ən çox dinlənilən İspan sənətçisi olub. 1999-cu ildə Enrikenin "Bailamos" mahnısı hit-paradların zirvəsinə yüksəlib.

# 992 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #