Azərbaycan filmi İran festivalına gedir

Azərbaycan filmi İran festivalına gedir
15 aprel 2015
# 12:09

Elçin Musaoğlunun “Nabat” tammetrajlı bədii filmi aprelin 24-dən mayın 2-dək Tehranda keçiriləcək 33-cü Fajr Beynəlxalq Film Festivalında nümayiş olunacaq.

Bu barədə Kulisə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasından məlumat verilib.

Qeyd edək ki, “Nabat” bu il 300-dən artıq filmin göndərildiyi festivalın “East Panorama” müsabiqə proqramında yer alıb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.

# 1356 dəfə oxunub

Müəllifin son yazıları

# # #