“Azərbaycan filmləri bölgələrdə” layihəsi çərçivəsində son illərdə çəkilən filmlərin bölgələrdə göstərilməsinə çalışacağıq”.
Kulis.az xəbər verir ki, bu sözləri “Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov deyib.
O bildirib ki, həmin film nümayişlərində yaradıcı heyətlə bölgə tamaşaçılarının qarşılıqlı ünsiyyəti yaradılacaq:
- Türkiyəli sənətçi vəfat etdi
- Bakı Beynəlxalq Qısa Filmlər Festivalının finalistləri bəlli oldu
- Şuşa adının semantik rekonstruksiyası - Aydın Talıbzadə yazır...
“Pandemiyadan öncə belə bir təcrübə olub. “Salnaməfilm”in istehsalı olan Milli qəhrəmanlardan bəhs edən filmlər bölgələrdə nümayiş olunurdu. Pandemiya səbəbindən bu nümayişlər dayandı. Amma düşünürük ki, yalnız Milli qəhrəmanlarla bağlı filmlər deyil, həmçinin digər filmlər də göstərilməlidir”.