Oktyabrın 8-i Nizami Kino Mərkəzində XV Bakı Beynəlxalq Film Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib.
Kulis.az xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilən “Baku Cinema Breeze” (BCB) film festivalının bir hissəsidir.
Bağlanış mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Bakı Beynəlxalq Film Festivalının direktoru Fehruz Şamıyev festivalın keçdiyi yoldan söz açıb. O bildirib ki, nümayiş olunan filmlərin seçiminə festival heyəti xüsusi həssaslıqla yanaşır:
“Təxminən, 800 film festivalımıza təqdim olunmuşdu. Seçim prosesində iştirak edən münsiflərə təşəkkür edirəm. Siz kinosevərlərə isə minnətdaram ki, beş gün müddətində filmləri izlədiniz. Düşünürəm ki, bu günlər sadəcə kino nümayişləri ilə yox, həm də yeni əlaqələrin qurulması, sənət müzakirələri ilə də yadda qaldı”.
Sonra qaliblər nominasiyalar üzrə “Qızıl nar” mükafatı və xüsusi diplomlarla təltif olunublar.
Münsiflər heyətinin xüsusi qeydi. “Balam” filmi – Rejissor İra Bas/ Rusiya
Tammetrajlı film kateqoriyasında “Ən yaxşı təsvir rejissoru” – “Tənha insanın monoloqu” – Rejissor Emin Əfəndiyev. Təsvir rejissoru Daniel Quliyev
Ən yaxşı ssenari – “Bazar günü” -Rejissor: Şakir Xolikov / Özbəkistan
Ən yaxşı rejissor “Rosinante” -Rejissor: Baran Gündüzalp
Ən yaxşı tammetrajlı “Baurına salu” -Rejissor: Asxat Kuçinçirekov /Qazaxıstan
Beynəlxalq müsabiqənin qısametrajlı filmlər kateqoriyasında qalibləri
Münsiflər heyətinin xüsusi qeydi – “Taksidermist” - Rejissorlar: Behzad Alavi və Süsən Salamat Çaqoşi/ İran
“Acqarına getməyək” – Rejissor Yigit Hepsev/ Türkiyə
Ən yaxşı animasiya - “Atamın məktubları” – Rejissor: Aleksey Yevstinqneyev /Fransa
Ən yaxşı sənədli film – “Valeriya” – Rejissor Sara Yurinçik / Xorvatiya
Ən yaxşı rejissor - “Çuxur” filmi – Rejissorlar: Kristian Bekə və Oliver Şvabe/ Almaniya
Ən yaxşı bədii film – “Demək olar tamamilə yanlışdır” – Rejissor: Cansu Baydar /Türkiyə
“Asiya istedadları” müsabiqəsinin qalibləri:
Ən yaxşı film – “Fələstin adaları” – Rejissorlar: Nur Ben Selem və Jülyen Menantu
Münsiflərin xüsusi mükafatı – “Bədən alverçisi” – Rejissor: Alireza Şakeri/ İran
Gənc Kinematoqrafçılar Mərkəzinin mükafatları
“Umeşin xronikası” – Rejissor Puca Kaul/ Hindistan
“Səsin arzusu” – Rejissor Şinyu Kan/ Koreya
Yerli müsabiqənin qalibləri
Münsiflər heyətinin qeydi - “Qəfəs” filmi – Rejissorlar: Murad Allahverdiyev, Ruhulla Rəhimov, Fərid Ayvazov, İlahə Nurullayeva, Şahin Hüseynli, Tural Ələsgərli, Mirtalib Həsənov, Sevinc Quliyeva, Səadət Qurbanova, Sərxan Nəciyev
Münsiflər heyətinin xüsusi mükafatı - “Baba haqqı” sənədli filmi- Rejissor:Nicat Qulam
Ən yaxşı sənədli film - “ Babamın evi” -Rejissor: Leylaxanım Qənbərli
Ən yaxşı ssenari – “Şam bağı” -Rejissor: İlkin Umarov
Ən yaxşı rejissor işi – Rejissor: Azər Quliyev “Qırmızı planetin ikinci rəngi” filmi
Ən yaxşı bədii film – “Quyu” – Rejissor: Rufat Ray
Tədbirdə iki film nümayiş olunub.