Bakıda Rusiya Kinosu Günləri keçiriləcək - GİRİŞ SƏRBƏSTDİR

Bakıda Rusiya Kinosu Günləri keçiriləcək - GİRİŞ SƏRBƏSTDİR
6 oktyabr 2016
# 15:52

Oktyabr ayının 10-dan 14-dək Bakıda Rusiya Kinosu Günləri keçiriləcək. Kulis.azın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə kino günləri Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın Azərbaycandakı Səfirliyi, “Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə həyata keçiriləcək.

Bu münasibətlə Rusiya Kino Fondunun direktoru Anton Malışev, rejissor və prodüser Renat Davletyarov, aktrisa Yevgeniya Malaxova (Davletyarova), rejissor Yuriy Vasilyev, prodüser Mixail Deqtyar və “Kinofest” Prodüser Mərkəzinin direktoru Sergey Braqindən ibarət Rusiya nümayəndə heyəti Bakıya səfər edəcək.

Nizami Kino Mərkəzində keçiriləcək kino günlərinin açılışı 10 oktyabr saat 19:00-da Rusiya kinematoqrafçıları ilə görüş və rejissor Renat Davletyarovun “Təmiz sənət” bədii filminin nümayişi ilə olacaq.

Kino Günləri çərçivəsində 11 oktyabr saat 19:00-da rejissor Yuriy Vasilyevin “Qəhrəman”, 12 oktyabr saat 19:00-da İndar Djendubayevin “O, drakondur”, 13 oktyabr saat 19:00-da İlya Çijikov və Anton Çijikovun “Bizim qəbirstanlığın oğlanı”, 14 oktyabr saat 19:00-da isə Eduard Bordukovun “Qutu” bədii filmi tamaşaçılara təqdim olunacaq.

Giriş sərbəstdir.

# 1164 dəfə oxunub

Müəllifin son yazıları

# # #