Qəşəm Nəcəfzadə ilə görüşlər

Qəşəm Nəcəfzadə ilə görüşlər
17 may 2016
# 11:28

Şabran rayonu Xəqani Poeziya evində və Qafqaz Universitetində Qəşəm Nəcəfzadə ilə görüş keçirilib. Kulis.Az-ın məlumatına görə Xəqani Poeziya evində görüşü şair Aybəniz Əlyar açaraq şairin həyat və yaradıcılığı haqqında oxuculara məlumat verib.

Daha sonra şair haqqında kiçik film göstərilib. Oxucuların sualları şair tərəfindən cavablandırıldı və yeni şeirlərini oxuyan Qəşəm Nəcəfzadə Şabran və qonşu rayonlardan gələn şairlərin şeirlərini dinlədi, şeir haqqında fikirlərini bildirib.

Qafqaz universitetində keçirilən görüşdə AYB –nin əməkdaşı Nuranə Nur şairin son dövr yaradıcılığında danışdı, şeirlərindən nümunələr söyləyib. Şair Sərvaz Hüseynoğlu, Məlahət Yusifqızı, Ətraf Sərraf, Cavanşir Əsgər, Etibar Vəliyev şairin yaradıcılığında müasirlik və müasirliyin yaşadığımız həyatla bağlılığından söhbət açıblar.

Sonra söz tələbələrə verildi. Şair tələbəlrəin oxuduğu şeirləri dinləyib haqqında fikirlərini söyləyib.

# 1398 dəfə oxunub

Müəllifin son yazıları

# # #