“Oskar”a namizəd filmə parlamentdən SƏRT REAKSİYA

“Oskar”a namizəd filmə parlamentdən <span style="color:red;">SƏRT REAKSİYA
19 yanvar 2015
# 12:15

Deputat Vitaliy Milonov Rusiya hökumətinə müraciət edərək, dövlət büdcəsindən “Leviafan” filminə xərclənən pulların geri qaytarılmasını təklif edib.

Deputatın fikrincə, filmdə rusfobiya bağlı çoxlu stereotip var və bunlar rus cəmiyyətinin, dövlətinin neqativ obrazını yaradıb.

O, əmindir ki, vergi ödəyənlər başqa bir filmə baxmaq istəyərdilər: “Andrey Zvyagintsev xalqın pullarının hesabına saxta, antixalq filmi çəkib və bunların birmənalı şəkildə ənənəvi rus mədəniyyəti ilə əlaqəsi yoxdur. O, klassik rus kino məktəbini inkar edir və cəmiyyətə nifrət aşılayır”.

Xatırladaq ki, Rusiyada qızğın müzakirələr doğuran A.Zvyagintsevin “Leviafan” filmi “Qızıl Qlobus” mükafatını alıb və “ən yaxşı xarici film” nominasiyasında Oskara namizəddir.

# 1432 dəfə oxunub

Müəllifin son yazıları

# # #