Cizgi filmində söyüş – AZƏRBAYCANDA

Cizgi filmində söyüş – AZƏRBAYCANDA
11 avqust 2016
# 12:19

ANS TV-nin yerinə gecə saatlarında ümumrespublika yayımına keçən "Günəş TV"də hər kəsi təəcübləndirən tərcümə efirə verilib.

AZXEBER.COM-un məlumatına görə, dünən gecə saatlarında efirə gedən "Mən yaramazam" cizgi filmində personajlardan biri təhqiramiz sözlər işlədib. Maraqlıdır ki, Azərbaycan dilində yayımlanan bu cizgi filmində tərcümə də eyni cür verilib.

Belə ki, personaj "o sənin dalını dağıdacaq" sözünü deyib və bu sözlər ana-dilimizdə efirə verilib.

Maraqlıdır ki, kanalın əsasnaməsində qeyd olunur ki, efir vaxtını bütünlüklə uşaqlara həsr edən “Günəş TV”-nin yayımında şiddət, pis vərdişlər aşılayan kadrlara yer verilmir. Efirdə yalnız milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən verlişlər və filmlər yayımlanır.

Həmin görüntüləri təqdim edirik:

# 1194 dəfə oxunub

Müəllifin son yazıları

# # #