Tanınmış meyxanaçı: “Yazıçılar Birliyində bir dənə də şair yoxdur”

Tanınmış meyxanaçı: “Yazıçılar Birliyində bir dənə də şair yoxdur”
11 oktyabr 2021
# 11:01

“...Mən bir dəfə də Yazıçılar Birliyinə ayağımı qoymamışam.”

Bu sözləri internet kanallarından birinə müsahibə verən meyxanaçı-qəzəlxan Mahir Cürət Azərbaycan Yazıçılar Birliyinə üzv olub-olmaması ilə bağlı suala cavab olaraq söyləyib.

O, daha sonra əlavə edib:

“Orda bir dənə də şair yoxdur. Azərbaycanda qeydiyyatda min üç yüz, min dörd yüz şair var. Ölkədə min dörd yüz şair olar? Gedib min dörd yüz birinci olmaq mənə lazım deyil.”

# 2750 dəfə oxunub

Müəllifin son yazıları

# # #