Azərbaycanlı çempiondan bəhs edən film təqdim olunacaq

Azərbaycanlı çempiondan bəhs edən film təqdim olunacaq
23 may 2018
# 16:45

Mayın 24-də Nizami Kino Mərkəzində “Çempion” sənədli filminin təqdimatı olacaq.

Dövlət sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən film sambo üzrə 9 dəfə dünya çempionu Ceyhun Məmmədovun həyat və fəaliyyətinə həsr olunub.

Filmin rejissoru Zamin Məmmədov, operatoru Tariverdi Tariverdiyev, musiqi tərtibatçısı İsmayıl Dadaşov, icraçı prodüseri İlqar Musayev, prodüseri Müşfiq Hətəmovdur. /azertag.az/

# 1052 dəfə oxunub

Müəllifin son yazıları

# # #