Qırğızıstan və Rusiya aktyoru Əziz Muradilayev vəfat edib.
Kulis.az xəbər verir ki, 44 yaşılı aktyorun ölüm xəbərini ictimai xadim Assol Moldokmatova açıqlayıb.
Sənətkarla vida mərasimi Qırğızıstan Milli Dram Teatrında olacaq.
Muradillaev uzun illər qaraciyər sirrozundan əziyyət çəkib və 2022-ci ilin payızında reanimasiyaya yerləşdirilib. Dekabrın əvvəlində Qırğızıstan prezidenti Sadır Japarov sənətçinin xaricdə müalicəsi üçün 42 min dollar ayırıb.
Aktyor Aziz Muradilayev uzun illər T.Abdumomunov adına Qırğızıstan Milli Dram Teatrında çalışıb.