“Dolu” filmi əlilliyi olanlar üçün təqdim olunub

 “Dolu” filmi əlilliyi olanlar üçün təqdim olunub
8 may 2018
# 17:44

Nizami Kino Mərkəzində görmə və eşitmə məhdudiyyətli olan insanlar üçün tiflo tərcümə edilmiş “Dolu” filmi təqdim olunub.

Mərkəzdən bildirilib ki, “Kino hər kəs üçün” layihəsi çərçivəsində nümayiş olunan ekran əsəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Ziyalılar İctimai Birliyi və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin birgə təşkilatçılığı ilə izlənilib.

“Dolu” bədii filminin tiflo və surdo tərcüməsi Azərbaycan Əlil Ziyalılar İctimai Birliyi tərəfindən hazırlanıb.

Tədbirdə, Milli Məclisin deputatı, filmin ssenari müəllifi Aqil Abbas, Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva, Azərbaycan Əlil Ziyalılar İctimai Birliyinin sədri Reyhan Əliyeva filmlə bağlı fikirlərini bölüşüblər.

Xatırladaq ki, ilk dəfə olaraq Nizami Kino Mərkəzində görmə və eşitmə qabiliyyəti məhdud olan insanlar üçün xüsusi tiflo və surdotərcümə olunmuş filmlərin təşkili və nümayişi təmənnasız keçirilir. /azertag.az/

# 1189 dəfə oxunub

Müəllifin son yazıları

# # #