“Balet, ömrüm mənim” filmi bu gün təqdim olunacaq

“Balet, ömrüm mənim” filmi bu gün  təqdim olunacaq
7 dekabr 2016
# 11:37

Dekabrın 8-də Nizami Kino Mərkəzində “Balet, ömrüm mənim” sənədli filminin təqdimatı keçiriləcək. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Dublyaj” studiyasında çəkilib.

Nazirlikdən Kulis.Az-a verilən məlumata görə Azərbaycanın görkəmli balet ustaları, Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun yaradıcılığına həsr olunmuş filmin leytmotivini həyatda və yaradıcılıqdakı məhəbbət mövzusu təşkil edir.

Filmin rejissoru Gülər Tokgöz, ssenari müəllifi Rəhilə Abbasova, operatoru Emin Hüseynov, montaj rejissoru Etibar Həsənov, prodüserləri Qafar Məcidov və Aysel Rəcəblidir.

Nizami Kino Mərkəzində əvvəlcə filmin yaradıcı heyəti, eləcə də çəkilişlərdə iştirak etmiş SSRİ Xalq Artisti Vladimir Vasilyevin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

# 1070 dəfə oxunub

Müəllifin son yazıları

# # #