Bu gün "Dərs"in premyerasıdır VİDEO

Bu gün "Dərs"in premyerasıdır VİDEO
7 may 2015
# 10:07

Mayın 7-də, saat 19.00-da Nizami Kino Mərkəzində "Dərs" bədii filminin təqdimatı olacaq. Kulisin Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə film C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilib.

Uzun illər fasilədən sonra uşaqlar üçün çəkilmiş film məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, prodüseri isə Müşfiq Hətəmovdur.

Filmdə Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və başqa Bakı məktəbliləri çəkiliblər. Uşaqlardan əlavə ekran əsərində Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və başqaları da rol alıblar.

Təqdimatdan sonra məktəblilər üçün Bakıda və bölgələrdə filmin kütləvi nümayişlərinin keçirilməsi planlaşdırılır.

# 1165 dəfə oxunub

Müəllifin son yazıları

# # #