Azərbaycanlı rejissordan kinoteatra sərt ittiham

Azərbaycanlı rejissordan kinoteatra sərt ittiham
3 may 2018
# 10:09

Tamaşaçılara yeni təqdim olunan "Ol" filminin yaradıcı heyəti ilə Cinema Plus şirkəti arasında qalmaqal yaşanılıb

Kulis.az xəbər verir ki, bu haqda filmin ssenari müəllifi və rejissoru Namiq Ağayev sosial şəbəkə hesabında yazıb:

"25 Aprel Genclik Mall da CinemaPlus şirkətinin təşkilatçılığı ilə "OL" filminin premyerasi zamanı film nasaz səkildə nümayiş etdirilib. Filmin yaradıcı heyəti bu şəkildə premyeranı qəbul etməmiş və dəfələrlə filmin yenidən sağlam şəkildə nümayişini CinemaPlus - dan xahiş, sonra isə tələb etmişdir. Buna baxmayaraq, CinemaPlus şirkətindən cavab gəlməmişdir. "OL" filminin yaradıcı heyəti bu hadisəyə mənəviyyatsız və laqeyd münasibətinə görə CinemaPlusu şiddətlə qınayır! İndi isə tələbimizi ictimai şəkildə bəyan edirik!!!”

Mövzuya qayıdacağıq.

# 1248 dəfə oxunub

Müəllifin son yazıları

# # #