Nəsir Sadıqzadə haqda film çəkilir

Nəsir Sadıqzadə haqda film çəkilir
15 mart 2019
# 17:20

ARB "Aranfilm" Yaradıcılıq Mərkəzində tanınmış teatr rejissoru və aktyor Nəsir Sadıqzadənin pedaqoji fəaliyyətindən bəhs edən filmin çəkilişlərinə başlanılıb.

Kulis.az-ın verdiyi xəbərə görə, filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatoru Əminə Həsənli, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri Qənirə Qurbanlı, baş brodüseri İqbal Məmmədəliyevdir.

Azərbaycan teatr rejissoru, aktyoru,pedaqoq və müəllimi Nəsir Sadıqzadə Naxçıvan,Füzuli, İrəvan, Sumqayıt, Xankəndi teatrlarında quruluşçu rejissor və baş rejissor işləyib. Ömrünün son otuz ilində, əsasən, pedaqoji fəaliyyətlə məşğul olub. Hacı İsmayılov, Firdovsi Atakişiyev, Rövşən İsax, Məmməd Səfa, Ayşad Məmmədov və onlarla istedadlı aktyorların yetişməsində böyük rolu olub.

# 3602 dəfə oxunub

Müəllifin son yazıları

# # #