Çingiz Ələkbərzadənin kitabı təqdim olunacaq

Çingiz Ələkbərzadənin kitabı təqdim olunacaq
29 oktyabr 2019
# 10:35

Bu gün saat 18.30-da Bakı Kitab Mərkəzində yazıçı Çingiz Ələkbərzadənin “Zindan” kitabının təqdimat mərasimi olacaq.

Kulis.azın verdiyi xəbərə görə, detektiv əsərlər müəllifi kimi tanınan Ç.Ələkbərzadənin “Elm və təhsil” nəşriyyatında çap olunan bu kitabı əvvəllər kiril əlifbası ilə nəşr edilibmiş.

Təqdimatda tanınmış qələm adamları, yazıçının ailə üzvləri və yaxınları iştirak edəcək.

Xatırladaq ki, Ç.Ələkbərzadə mərhum Xalq yazıçısı Əbülhəsəinin oğlu, tanınmış müğənnilər Sevda və Elmira Ələkbərzadənin atalarıdır.

# 2749 dəfə oxunub

Müəllifin son yazıları

# # #