"Nar bağı" filmi Beynəlxalq Festivala dəvət alıb

"Nar bağı" filmi Beynəlxalq Festivala dəvət alıb
18 aprel 2018
# 10:24

“Nar bağı” bədii filmi İspaniyada keçirilən 17-ci “IMAGINEINDIA” Beynəlxalq Film Festivalının müsabiqə mərhələsinə dəvət alıb.

APA-nın məlumatına görə, “Azərbaycanfilm” kinostudiyası və “Buta film” kino şirkətinin birgə istehsalı olan film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.

Filmin quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar.

# 1054 dəfə oxunub

Müəllifin son yazıları

# # #