Avtobus qəzasında ölən şair iş axtarmağa gəlibmiş

<b>Avtobus qəzasında ölən şair iş axtarmağa gəlibmiş</b>
19 aprel 2018
# 15:50

Lent.az verdiyi xəbərə görə, Mehdiabad qəsəbəsi ərazisində marşrut avtobusu Şəki rayon sakini, 1975-ci il təvəllüdlü Araz Səmədi vurub.

Ağır xəsarət alan A.Səmədin həyatını xilas etmək mümkün olmayıb.

Araz Səməd şair idi.

Onun yaxın tanışı olan şair Rauf Qərib Alagözün Kulis.aza vediyi açıqlamaya görə, Araz Səməd Bakıya iş axtarmağa gəlibmiş:

“Dünən mənə zəng etdi, telefonu açmaq imkanım olmadı, sonra vatsapda mesaj yazdı. İşlə bağlı görüşümüz olmalı idi. Bu səhər zəng vurdum, nömrəsinə zəng çatmadı. Narahat oldum. İndi də sosial şəbəkələrdən belə bir xəbər oxudum. İnanmağım gəlmir.”

R.Alagözün sözlərinə görə, A.Səməd vatsapda özünün facebook profilinin oğurlanması barədə mesaj da yazıbmış.

Xatırladaq ki, A.Səmədin profili bağlıdır.

# 1301 dəfə oxunub

Müəllifin son yazıları

# # #