Azərbaycan filmi Moskvada nümayiş olunacaq

Azərbaycan filmi Moskvada nümayiş olunacaq
25 aprel 2014
# 15:02

Gənclərin çəkdiyi qısametrajlı film Moskvada keçiriləcək “Artkino” VII Ümumrusiya Qısametrajlı Müəllif Filmləri Festivalında ölkəmizi təmsil edəcək. Kulis.Azın məlumatına görə “Nəfəs all” adlanan filmin rejissoru Elvin Əhmədoğludur. Filmdə baş rolu DJ-Rash kimi tanınan radio aparıcısı Rəşad Həmidov canlandırıb. “Nəfəs all”ın operatoru Novruz Məhəmmədoğludur.

Hal hazırda montaj mərhələsində olan “Nəfəs all” filmi may ayının sonlarında işıq üzü görəcək.

Fentezi janrında çəkilmiş filmin tizerini izləyə bilərsiz.

# 1842 dəfə oxunub

Müəllifin son yazıları

# # #