Məşhur italyan kinorejissor vəfat edib

Məşhur italyan kinorejissor vəfat edib
6 sentyabr 2023
# 15:30

İtaliyalı kinorejissor, aktyor və ssenari müəllifi Culiano Montaldo (Giuliano Montaldo) 93 yaşında Romada vəfat edib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli ANSA agentliyi məlumat yayıb.
Qeyd edək ki, Montaldo karyerası ərzində 20-dən çox film çəkib. Onun çəkdiyi filmlər sırasında “Sankt-Peterburq iblisləri” filmi, “Qızıl çərçivəli eynəklər”, “Toxunulmazlar”, “Cordano Bruno” kimi ekran əsərləri var.

# 708 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #