Bakıda rus filmlərinin nümayişi başlayıb

Bakıda rus filmlərinin nümayişi başlayıb
25 sentyabr 2019
# 09:55

“YARAT” Müasir İncəsənət Mərkəzində “Rus filmləri həftəsi” çərçivəsində filmlərin nümayişi başlayıb.

Kulis.azın verdioyi xəbərə görə, iştirakçılar əvvəlcə rejissor Sergey Livnevin ekranlaşdırdığı “Van Qoqlar” filmini izləyiblər.

Ata-oğul arasında sevginin nifrətə çevrilməsindən bəhs edən ekran əsərində obrazlar çətin barışıq yolu keçməli olurlar.

Sentyabrın 27-də tamaşaçılar “Annanın müharibəsi”, 28-də isə “Aleksandr Xristoforovun əbədi həyatı” adlı ekran əsərlərinə baxa biləcəklər.

Filmlərin təqdimatı “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyi və Nizami Kino Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

# 1554 dəfə oxunub

Müəllifin son yazıları

# # #