Bakıda “Nikah müqaviləsi” tamaşası olub

Bakıda “Nikah müqaviləsi” tamaşası olub
16 mart 2019
# 12:48

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində İsrailin Dövlət mükafatı laureatı, yazıçı-dramaturq Efraim Kişonun “Nikah müqaviləsi” pyesi əsasında eyniadlı musiqili komediya nümayiş etdirilib.

Əsas rollarda Belarusun “Tri T format” Teatrının aparıcı artistləri – Vera Polyakova, Yuri Baranov, Artyom Davidoviç, Olesya Puxovaya, Yelena Qironok, Stanislav Savostin və başqaları çıxış ediblər. Tamaşanın quruluşçu rejissoru Tatyana Troyanoviçdir. Pyesi Maryan Belenki tərcümə edib.

“Nikah müqaviləsi” komediyasının süjeti əsasında varlı ailənin əhvalatı dayanır. Ailə öz qızı Ayalanı imkanlı yerə ərə verməyə hazırlaşır. Lakin toy mərasiminin baş tutması üçün Ayalanın qanuni övlad olmasını təsdiq edən sənəd - valideynlərinin nikah müqaviləsi təqdim olunmalıdır. Məhz bu müqavilə də tapılmır ki tapılmır.

Tamaşa Bakı teatrsevərləri tərəfindən böyük maraqla qarşılanıb./azertag.az/

# 2107 dəfə oxunub

Müəllifin son yazıları

# # #