Filmlərimiz Rumıniyada nümayiş olunacaq

Filmlərimiz Rumıniyada nümayiş olunacaq
6 sentyabr 2017
# 10:35

Azərbaycan filmləri Rumıniyada nümayiş olunacaq

Kulis.az-ın report.az-a istinadən verdiyi xəbərə görə, tamaşaçılar “Niyyət” və “Qırmızı bağ” filmlərini seyr edəcəklər.

Sentyabrın 7-dən 10-dək Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq “Bir dünya” adlı səfirliklər festivalı keçiriləcək.

Tədbirdə Azərbaycan filmləri də nümayiş etdiriləcək.

Dörd gün ərzində paytaxt sakinləri “CinemaPro” kinoteatrında Azərbaycan istehsalı olan “Niyyət” və “Qırmızı bağ” filmlərini seyr etmək imkanı əldə edəcəklər.

Artıq 3-cü ildir ki, keçiriləcək səfirliklər festivalında Rumıniyada akkreditə olunan 50-dən çox ölkənin səfirliyi iştirak edəcək. Festival çərçivəsində hər bir ölkə öz mədəniyyətini, musiqisini, incəsənətini, turizm imkanları və mətbəxini təbliğ etmək imkanı qazanacaq.

# 979 dəfə oxunub

Müəllifin son yazıları

# # #