Döyüşə çağrılan yazıçımızın gördüyü möhtəşəm mənzərə: "Zəng etdilər ki, tez gəl..."

Döyüşə çağrılan yazıçımızın gördüyü möhtəşəm mənzərə: "Zəng etdilər ki, tez gəl..."
3 oktyabr 2020
# 15:41

Yazar Rövşən Danyeri bir neçə gün öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağrılıb. Kulis.az yazarın son 4 gün ərzində Dövlət Xidmətində rastlaşdığı şanlı durumu bölüşür.

Demək olar ki, 4 gündür Səfərbərlik İdarəsində yatıram. Axşam saat 21:00 idi, zəng etdilər ki, tez gəl, getməlisən. Getdim, gecə saat 3-ə qədər gözlədim, 10-a yaxın avtobus yola saldıq, mənə dedilər ki, adam çoxdur deyə sabah gəl.

Sabah da eyni qaydada getdim, axşama qədər gözlədik, hətta gedəcəyimiz yer, gedəcəyimiz avtobus belə hazır idi. Sürücü ilə də danışdıq, uşaqlarla da tanış olduq. Avtobusa minəndə dedilər ki, həmin hərbi hissədən zəng gəlib ki, yür dolub.

Növbəti çağırışa qədər evə qayıdın. Bu neçə gündə müşahidə etdiklərim:

Könüllü yazılanların sayı-hesabı yoxdur. Hətta, kimisə dala qaytaranda adamlar dava edir ki, məni də göndərin. Hamı mayorun gözünün içinə baxır ki, indi adı açıqlanacaq. Odur ki, evə gedirsən, deyəndə heç kim evə getmək istəmirdi.

Səfərbərlik İdarələrində ruh yüksəkliyi yaratmaq üçün səsgücləndiricilər falan qoysalar, əla olar.

# 1581 dəfə oxunub

Müəllifin son yazıları

# # #