Morqan Friman həyat sirlərini açacaq

Morqan Friman həyat sirlərini açacaq
31 iyul 2017
# 11:06

80 yaşlı Amerika aktyoru Morqan Friman “Tariximiz Morqan Frimanla” televiziya proqramına başlayır.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur aktyor verilişində “Bəzi insanlar başqalarından niyə daha güclüdür? Niyə həm dostlarımıza, həm də yadlara aşiq oluruq? Sülh mümkün olan bir şeydirmi, yoxsa biz mahiyyətcə vəhşi məxluquq? Azad olmaq mümkündürmü?” kimi suallara cavab axtaracaq.

“The story of us with Morgan Freeman” 6 bölümdən ibarət olacaq.

National Geographic üçün hazırlanan bu proqramdan qabaq da aktyor “Morqan Friman ilə inancların tarixi” seriyasını təqdim etmişdi. Bu seriyada dinlərin toplumların formalaşmasına təsiri araşdırılırdı.

# 1062 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #