Tbilisidə beynəlxalq yarmarka – Azərbaycan da iştirak edəcək

Tbilisidə beynəlxalq yarmarka – <span style="color:red;">Azərbaycan da iştirak edəcək
27 mart 2018
# 10:04

Gürcüstanın paytaxtında mayın 17-dən 20-dək ilk dəfə “Tbilisi Art Fair” (TAF) müasir vizual incəsənətin beynəlxalq yarmarkası keçiriləcək.

TAF yarmarkası, əsasən Qara dəniz, Xəzər və Baltik regionunun müasir incəsənət nümayəndələrinin iştirakı üçün təşkil olunur.

Yarmarkada Gürcüstanla yanaşı, Azərbaycan, Rusiya, İran, Türkiyə, Belarus, Polşa, Rumıniya, Litva, Estoniya və digər ölkələrin müasir incəsənət rəssamlarının əsərləri nümayiş olunacaq.

Bir çox sərgi, konfrans və mədəniyyət layihələrinin nəzərdə tutulduğu tədbir “Expo Georgia” sərgi mərkəzində reallaşacaq./azertag.az/

# 1318 dəfə oxunub

Müəllifin son yazıları

# # #