Gənclər günündə “Ağ ölüm” göstəriləcək

Gənclər günündə “Ağ ölüm” göstəriləcək
1 fevral 2016
# 15:01

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında V.Siqarevin “Ağ ölüm” tamaşası göstəriləcək. Teatrın mətbuat xidmətindən Kulisə verilən məlumata görə səhnə əsəri 2 fevral Gənclər günü münasibətilə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin müəllim və tələbə kollektivinə nümayiş etdiriləcək.

V. Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında səhnələşdirilmiş tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Gəncləri və yeniyetmələri bu cür qorxulu bəladan çəkindirmək məqsədilə hazırlanan tamaşada əsas obrazları Əməkdar Artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev canlandıracaqlar.

# 1502 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #