“Zaman çarxı” serialının növbəti sezonu çəkiləcək

“Zaman çarxı” serialının növbəti sezonu çəkiləcək
23 iyul 2022
# 15:00

“Amazon Studios” şirkətinin təşəbbüsü ilə çəkilən “Zaman çarxı” serialının üçüncü mövsüm bölümlərinin çəkilişləri başlamaq üzrədir.

Kulis.az xəbər verir ki, ekran işinin üçüncü mövsümü Amerika yazıçısı Robert Cordanın “Yüksələn kölgə” əsərinin motivləri əsasında çəkiləcək.

“Zaman çarxı” ilk dəfə 2021-ci ilin noyabrında debüt edərək, qısa zaman ərzində ən uğurlu ekran işlərindən biri olub.

Serialda əsas rolları Rozamund Payk, Daniel Henni, Madlen Medden, Coşa Stradovski, Markus Ruterford və Zoi Robins canlandırırlar.

# 1247 dəfə oxunub

Müəllifin son yazıları

# # #