Basayevin öldürülməsindən film çəkilir

Basayevin öldürülməsindən film çəkilir
1 avqust 2017
# 11:47

"Mosfilm"də çeçenlərin səhra komandiri Şamil Basayev haqda film çəkilir.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiaynın Federal Təhlükəsizlik Xidmətinin materiallarına əsaslanan filmin çəkilişi avqustun 1-dən başlayacaq.

Filmin rejissoru “Qırmızı kapella”, “Tayqa: sağ qalmaq kursu”, “Qorxu əleyhinə dərman” teleseriallarına quruluş verən Andrey Aravindir.

Filmin qəhrəmanları FTX-nin iki zabiti olacaq. Bu zabitləri aktyorlar İqor Petrenko və Aleksey Vertkov oynayacaq.

Şamil Basayevin prototipini canlandıran terrorçu rolunu isə çeçen aktyoru Əyyub Çingiyevə həvalə ediblər.

Filmin işçi adı “Terropristin məhvi”dir.

# 962 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #