Qulu Əsgərovun doğum günüdür

Qulu Əsgərovun doğum günüdür
18 dekabr 2023
# 12:40

Bu gün unudulmaz müğənni Qulu Əsgərovun doğum günüdür.

Kulis.az məlumat verir ki, Qulu Əsgərov 1928-ci ildə Salyanda anadan olub.

Tarzən, bəstəkar, xanəndə olan Qulu Əsgərov muğamat haqqında kitab da yazıb.

Ölümünə yaxın qızını evdən uzaqlaşdırıb. İstəməyib ki, qızı onun son halı ilə xatırlasın.

Muğamatın vurğunu olan Q.Əsgərov övladlarına da muğam adları verib: Rahab və Şahnaz.

Xərçəng xəstəliyindən əziyyət çəkən sənətkar 1987-ci ildə 58 yaşında dünyasını dəyişib.

# 587 dəfə oxunub

Müəllifin son yazıları

# # #