Trierin yeni filmini boykot etdilər

Trierin yeni filmini boykot etdilər
16 may 2018
# 10:34

Lars fon Trierin yeni filmi sərt reaksiya ilə qarşılanıb.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur rejissorun “Cekin tikdiyi ev” adlı yeni filmi izləyicilərin qəzəbinə səbəb olub.

100-dən çox tamaşaçı kinozalı etiraz əlaməti olaraq tərk edib.

Trierim yeni filmi silsilə qətllər barədədir. Filmdə qadın və uşaqların zorakılıq səhnələri yer alıb.

Xatırladaq ki, Trier tez-tez bu cür etirazla qarşılaşıb.

# 1034 dəfə oxunub

Müəllifin son yazıları

# # #