"Happy Gilmore 2" rekord qırdı

"Happy Gilmore 2"   rekord qırdı
30 iyul 2025
# 15:23

"Happy Gilmore 2" filmi "Netflix"də ABŞ tarixində ən böyük həftəsonu açılışına imza atıb.

Kulis.az xəbər verir ki, filmin təqdimatından cəmi üç gün sonra – 25 iyuldan etibarən – 46,7 milyon baxış toplanıb.

Bu göstərici "Netflix"in ABŞ-da bütün zamanların ən yüksək həftəsonu film izlənmə rekordudur.

Adam Sandlerin filmi "Netflix"in ən yaxşı 10 ingilisdilli film siyahısında 1-ci yeri tutaraq geniş tamaşaçı auditoriyasına çatıb.

Qeyd edək ki, bu, aktyorun kareyrasında ilk rekorddur.

Bundan əvvəl Sandler "Netflix"də yayımlanan “Murder Mystery”, “Hubie Halloween” və “The Week Of” kimi filmlərdə də çəkilib.

# 109 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #