Arıqlamağa kömək edən filmlər-SİYAHI

Arıqlamağa kömək edən filmlər-<span style="color:red;">SİYAHI
20 yanvar 2015
# 13:30

Britaniya alimlərinin dəhşət filmlərinə baxmağın insanı arıqlatdığını müəyyənləşdiriblər. Onlar könüllülər dəstəsinə 10 dəhşət filmi göstəriblər. Filmlərin içində yeniləri ilə yanaşı kino sahəsinin əfsanə filmləri də varmış.

Seanslar zamanı eksperiment iştirakçılarının nəbzləri, udduqları oksigenin və buraxdıqları karbon qazının miqdarı və başqa göstəricilər ölçülüb. Məlum olub ki, dəhşət filmlərinə baxılan zaman orqanizm üç dəfə çox enerji sərf edir.

Dəhşət filmlərinin təsiri yaşanan stressdən dolayı nəbzin vuruşlarının artması, qan dövranının sürətlənməsi, adrenalin ifrazının çoxalması, iştahanın pisləşməsi, metabolizmin sürətlənməsi ilə izah olunur.

Eksperimentin nəticəsinə görə kalori itkisinə nə çox yol açan film Stenli Kubrikin “Parıltı”sıdır. “Parıltı”ya baxdıqda 184 kilokalori enerji itir ki, bu da yarım saat gəzməyə bərabərdir.

Siyahını təqdim edirik:

“Çənələr” 161 kkal

“Şeytanı qovan” 158 kkal

“Yad” 152 kkal

“Mişar” 133 kkal

“Qarağac küçəsində qarabasma” 118 kkal

“Paronormal hadisələr” 111 kkal

“Texasdakı mişar qətliamı” 107 kkal

“Blerdən olan cadugər” 105 kkal

“Reportaj” 101 kkal

# 1662 dəfə oxunub

Müəllifin son yazıları

# # #