“YARAT” Müasir İncəsənət Mərkəzində açılan Amsterdamda yaşayan, kürd əsilli rəssam Ahmet Öğütün “Heç bir şeir şairini sevməz” sərgisi ilə hər kəs tanış ola biləcək.
Kulis.az xəbər verir ki, ziyarətçilər sərgi ilə həftənin II, III, IV və V günləri, saat 12:00-dan 20:00-dək tanış ola bilərlər. Binaya daxil olmazdan əvvəl qeyd olunan qaydalara riayət etmək vacibdir. Məkana eyni vaxtda sadəcə 6 nəfər daxil ola bilər.
Tibbi maska və digər antiseptik qoruyucu vasitələrdən istifadə zəruridir.