Eldəniz Zeynalovdan film çəkildi

 Eldəniz Zeynalovdan film çəkildi
9 aprel 2018
# 08:33

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Bizə xatirələr qalacaq” sənədli televiziya filminin istehsalını başa çatdırıb.

QSC-nin mətbuat xidmətindən Azərtaca bildirilib ki, filmdə görkəmli aktyor, Xalq Artisti Eldəniz Zeynalovun taleyinə, yaradıcılıq yoluna nəzər salınıb. Ekran işində aktyorun iştirak etdiyi tamaşalardan, çəkildiyi kinofilmlərdən, “Mozalan” kinojurnalından kadrlar yer alıb.

Filmin ssenari müəllifi Sevda Ağazadə, rejissoru Elvin Vəlimətov, operatoru Elşən Bədəlovdur.

# 1066 dəfə oxunub

Müəllifin son yazıları

# # #