Məşhur aktyor İslamı seçdi

Məşhur aktyor İslamı seçdi
29 dekabr 2014
# 10:55

İrlandiyalı aktyor Liam Neeson “The Sun” qəzetinə verdiyi müsahibədə İstanbula ziyarəti zamanı İslam dinindən çox təsirləndiyini vurğulayıb. Kulis.Azın haberturk.com.tr-yə istinadən verdiyi məlumata görə o, deyib: “İslam dininə keçməyi düşünürəm”.

Aktyor daha sonra əlavə edib: “Gündə beş dəfə dua etməniz üçün azan oxunur. İlk həftələr öyrəşmədiyiniz üçün bu durum sizi dəliyə çevirə bilər. Ancaq qısa müddətdə azan səsi ruhunuzun dərinliklərinə girəndə bunun dünyanın ən gözəl şeyi olduğunu anlayırsız. İslam dininin insanı çəkən bir özəlliyi var. Müsəlmanların dua şəkli sizin ruhunuza xitab edir. Ona heç bir problem olmadan sarıla bilərəm”.

Xatırladaq ki, 62 yaşlı Neeson katolikdir.

# 1033 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #