Filmimiz beynəlxalq festivalda

Filmimiz beynəlxalq festivalda
10 may 2019
# 09:56

Azərbaycan istehsalı olan “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi Avstraliyanın “Changing Face International” film festivalında ilk mükafatını alıb.

Ekran əsəri bütün mərhələləri keçərək “Ən yaxşı qısa sənədli filmi” kateqoriyası üzrə finala vəsiqə qazanaraq birincilik uğrunda yarışacaq.

Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xaqani Mammadovdur. Mətni Eldost Bayram oxuyub. /azertag.az/

# 1388 dəfə oxunub

Müəllifin son yazıları

# # #